Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:34

Seyran Ohanian həlak olmuş əsgərlərin anaları ilə görüşüb


Ermənistanın müdafiə naziri Seyran Ohanian əsgərləri mükafatlandırır. (Arxiv şəkil)
Ermənistanın müdafiə naziri Seyran Ohanian əsgərləri mükafatlandırır. (Arxiv şəkil)

Noyabrın 3-də Ermənistanın müdafiə naziri Seyran Ohanian hökumət binasının qarşısında etiraz aksiyası keçirən əsgər valideynləri ilə görüşüb. Son illər hərbi xidmətdə övladlarını itirən valideynlər onların qətlə yetirildiyini deyir, günahkarların cəzalandırılmasını tələb edirlər.

Nazir bir daha qeyd edib ki, hər bir ölüm halı diqqətlə və ədalətli şəkildə araşdırılır.

Ohanian həm də əlavə edib ki, keçən ilə baxanda bu il silahlı qüvvələrdə ölüm halı azalıb.

Əsgər anaları isə övladlarının ölümü ilə bağlı istintaqın illərlə uzanmasından şikayət ediblər.

Seyran Ohanian AzadlıqRadiosunun erməni xidmətinin əməkdaşları ilə söhbətdə bildirib ki, onlar böhtan atmayan hər kəslə bu istintaqın gedişinə dair müzakirələr apara, birgə işləyə bilərlər: “Amma orduya böhtan atanlarla qanun çərçivəsində davranılacaq. Bu aksiyalarda belə hallara da rast gəlinir.”

Övladlarını hərbi xidmət zamanı itirən valideynlər bundan əvvəl də dəfələrlə prezident administrasiyasının qarşısına toplaşaraq Serj Sarksianla görüş tələb ediblər. Amma onların prezidentlə görüşü baş tutmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG