«Большой театр»da mövsümün açılışı Rusiyada böyük mədəni hadisədir.
Bu hadisə BBC və başqa beynəlxalq telekanalların da diqqətindən qaçmır.
Amma bu il teatrın mövsümü açdığı “Руслан и Людмила” operası birmənalı qarşılanmayıb.
Pərdələr bağlananda tamaşaçılar arasından “Браво” da qışqıran olub, “Позор” da.
Səbəb isə odur ki, gənc rejissor Dmitri Çernyakov – Qlinkanın klassikaya çevrilmiş operasına inqilabi quruluş verib. (Video burda)
Operanın əvvəli və sonu klassik üslubdadır.
Amma ortada...
Çernomorun sarayı massaj salonudur.
Ayılması üçün Lüdmilaya şprislə dərman vururlar.
Səhnəyə alt paltarında qızlar çıxır...
Bunlar isə klassika çərçivələrinə alışmış «Большой театр»ın bəzi tamaşaçılarını şoka salıb.
Çernyakov bir müddət qabaq demişdi ki, onun qoyduğu opera akademik olmayacaq. “Bu, böyüklər üçündür, uşaqlar üçün yox!”
Vaxtilə Çernyakov sözügedən teatrda “Евгений Онегин” operasını da yeni quruluşda qoymuşdu.
O zaman operanı məşhur müğənni Qalina Vişnevskaya da tənqid etmişdi.
Amma indi həmin quruluşda operanı “Большой театр” qastrollara daha çox aparır.
Çernyakov hesab edir ki, operalarda klassika ilə müasir həyatı sintez edəndə tamaşaçılar personajları real insanlar kimi qavrayır, onlarda hadisələrin uydurulmadığı, real həyatda baş verdiyi təəssüratı yaranır...