Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Rusiya Viktor Butu ABŞ-dan almağa çalışır


Rusiya çərşənbə günü Nyu-Yorkda silah qaçaqçılığında təqsirli bilinən rusiyalı Viktor Butun verilməsinə çalışacaq.

Bunu Rusiya xarici işlər nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç bildirib.

O Rusiyanın məsələni araşdıacağını və lazımi tədbirlər görəcəyini deyib.

Keçmiş Sovet ordusunun zabiti Viktor But ABŞ əsgərlərinə hücum etmək üçün Kolumbiyadakı terrorçu qrupa silah satmağa cəhddə təqsirli bilinib.

44 yaşlı Butu 25 il və ya ömürlük həbs cəzası gözləyir.

Tailandda həbs edilmiş Viktor But, 2010-cu ildə ABŞ-a verilib.

Rusiya qərarın ədalətliliyini şübhə altında qoyur.
XS
SM
MD
LG