Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:31

Obama: "əsas məsələ avrozonadakı borc böhranını həll etməkdir"


Böyük 20-lər ölkələrinin Kanda keçirilən sammitində əsas məsələ avrozonadakı borc böhranını həll etməkdir.

Bunu ABŞ prezidenti Barack Obama sammit ərəfəsində Fransa prezidenti Nikolas Sarkozy ilə danışıqlardan sonra birgə mətbuat konfransında deyib.

Böyük 20-lər ölkələrinin sammitində əsasən avrozonadakı borc böhranı və Yunanıstandakı vəziyyət müzakirə olunur.

Yunanıstanın baş naziri Papanderou Avropa və Beynəlxalq Valyuta fondundan borc almaq üçün ölkədə referendum keçirilməsini təklif edib.

Almaniyanın kansleri Angela Müerkellə Fransa prezidenti Nikole Sarkozy Papandreou ilə müzakirələrdən sonra bildiriblər ki, referendum keçirilməyincə Yunanıstana növbəti kredit buraxılmayacaq.
XS
SM
MD
LG