Keçid linkləri

2026, 11 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 06:43

“Eurovision-2012” milli seçim turunun ilkin dinləmələri başlayıb

Bu gün "Eurovision Mahnı Müsabiqəsi-2012" üçün milli seçim turunun ilkin dinləmələri keçirilir.

Sənədləri qəbul olunmuş 119 nəfər iştirakçı 3 qrupa bölünüb. Birinci qrupun iştirakçıları bu gün İctimai Televiziyada dinləmələrdən keçəcək. Dinləmələrdən keçən şəxslər Milli seçim turunun əsas mərhələsinə keçəcək və İctimai Televiziyanın canlı efirində yarışacaqlar.

Milli seçimin dinləmələri noyabrın 5-də başa çatır.

Bu arada Eurovisionla bağlı köynək, çanta və digər aksessuarların qanunsuz satışını həyata keçirən şəxslərə ciddi inzibati sanksiyalar tətbiq olunacaq. Bu açıqlamanı APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və internet şöbəsinin rəhbəri Tahir Məmmədov verib.
This item is part of
XS
SM
MD
LG