Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:56

Suriya hələ ki Ərəb Ölkələri Liqasının planını həyata keçirmir


Suriyada Homs şəhərində təhlükəsizlik qüvvələri azı bir nəfəri öldürüb. Baxmayaraq ki, hökumət Ərəb ölkələri Liqasının ölkədə zorakılığa son qoymaqla bağlı planını qəbul etdiyini bəyan edib.

Suriyadan olan fəalların verdiyi məlumata görə, Homs, Hama və İdlib şəhərlərində Bashar Assadin hakimiyyətdən getməsi tələbi isə nümayişlər davam edir.

Ərəb ölkələri Liqası Suriya hökumətinə təklif edib ki, silahlı qarşıdurmalar olan şəhərlərdən ordunu dərhal çıxarsın, Ərəb ölkələri Liqasından olan nümayəndələrin bu rayonlara girişini təmin etsin, həbs olunmuş bütün etirazçıları azad etsin və xaricdən olan jurnalistlərin fəaliyyətinə mane olmasın.

Dünən Suriyanın baş naziri bu təkliflərin qəbul olunduğunu bəyan edib.

BMT-nin baş katibi Ban Ki-moon da deyib ki, Suriyada zorakılığa son qoymaqla bağlı Ərəb Liqasının planının mümkün qədər tez tətbiqinə ümid edir.

Suriya müxalifəti isə höpkumətin bu təklifləri həyata keçirəcəyinə şübahə etdiyini bildirib.
XS
SM
MD
LG