Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 13:49

Suriya Ərəb Liqasının planını qəbul edib


BMT-nin baş katibi Ban Ki-moon deyib ki, Suriyada zorakılığa son qoymaqla bağlı Ərəb Liqasının planının mümkün qədər tez tətbiqinə ümid edir. Ərəb Liqasının təklif etdiyi plan məhbusların azad olunmasını, küçələrdən təhlükəsizlik qüvvələrinin yığışdırılması, hökumət və müxalifət arasında dialoqu nəzərdə tutur. Suriya bu planı qəbul edib.

BMT-nin məlumatına görə, Suriyada mart ayından başlayan hökumət əleyhinə nümayişlərdə 3000 adam ölüb. Vaşinqton Suriya prezidenti Bashar Assadi hakimiyyətdən getməyə çağırıb, bildirib ki, o öz legitimliyini itirib.
XS
SM
MD
LG