Keçid linkləri

2026, 14 İyun, bazar, Bakı vaxtı 16:47

İran İsraili hədələyib

İranın müdafiə naziri İsraili xəbərdar edib. İranın yerli mətbuatının məlumatına görə, nazir deyib ki, İsrail hərbi həmlə yetirməklə bağlı qərar çıxararsa, buna görə çox peşman olacaq və ciddi cəzalandırılacaq.

Bu xəbərdarlığa səbəb İsrail tərəfdən yayılan məlumatlar olub. Həmin məlumatlara görə, İsrail İranın nüvə obyektlərinə hərbi zərbə endirmək ehtimalını götür-qoy edir.

İsrail dünən ballistik raketini növbəti dəfə sınaqdan keçirib.
This item is part of
XS
SM
MD
LG