Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Misirdəki hakim hərbi şura 334 məhbusu əfv edib


Misirdəki hakim hərbi şura keçmiş prezident Hosni Mubarak devrildikdən bu yana hərbi tribunal tərəfindən həbs edilmiş 334 məhbusu əfv edib.

Bu barə Ali hərbi şuranın internet saytında getmiş məlumatda bildirilir.

Bu ilin yanvarından Misirdə hərbi məhkəmə azı 12000 adama həbs cəzası kəsib.

Beynəlxalq və yerli hüquq müdafiəçiləri bu praktikanı kəskin pisləyiblər.

Həmçinin ABŞ hökuməti Misiri mülki şəxsləri mülki məhkəmələrdə mühakimə etməyə çağırıb.
.
XS
SM
MD
LG