Keçid linkləri

2026, 16 İyun, çərşənbə axşamı, Bakı vaxtı 16:28

Suriya hakimiyyəti ordunu şəhərlərdən çıxaracaq

Ərəb Dövlətləri Liqası Suriya hakimiyyətinin ordunun şəhərlərdən çıxarılmasına razılıq verdiyini xəbər verir.

Qətərin xarici işlər naziri Sheikh Hamad bin Jassim al Thani görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib ki, söhbət zorakılığın dayandırılması, məhbusların azad edilməsi, hərbçilərin şəhər və yaşayış məntəqələrindən çıxarılması, habelə Ərəb
Dövlətləri Liqası və kütləvi informasiya vasitələrinin vəziyyət barədə hesabat hazırlamasına şərait yaradılmasından gedir.

O həmçinin qeyd edib ki, liqa yaxın 2 həftə ərzində milli dialoqa hazırlıq çərçivəsində Suriya hakimiyyəti və müxalifətlə əlaqəni davam etdirəcək.
This item is part of
XS
SM
MD
LG