Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:36

İslam partiyası mitinqə hazırlaşır


İslam Partiyası noyabrın 20-də həbsdəki üzvlərinin azadlığa buraxılması tələbi ilə mitinq keçirmək fikrindədir.

Belə bir qərar partiyanın Baş Məclisinin noyabrın 2-də keçirilmiş iclasında qəbul olunub.

İslam Partiyası mitinq keçirmək üçün son 8 ayda dəfələrlə Bakı Şəhər İcra
Hakimiyyətinə müraciət etsə də qeydiyyatı olmadığı əsas gətirərək hər dəfə rədd cavabı alıb.

Partiya sədri Mövsüm Səmədov və daha 6 fəal qanunsuz silah saxlama və hakimiyyəti devirməyə cəhd ittihamıyla 11-12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Partiya sədri isə ittihamları rədd edir və hakimiyyəti tənqid etdiklərinə görə təqib olunduqlarını deyir.
XS
SM
MD
LG