Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

Yəmənin 2 şəhərində azı 13 adam öldürülüb


Son gün ərzində təkcə Yəmənin iki şəhərində azı 13 nəfər öldürülüb, 40-dan çox adam isə yaralanıb.

Həkimlər və yerli fəallar Tazz şəhərində təhlükəsizlik qüvvələrilə toqquşmada azı 10 nəfərin öldürüldüyünü və onların əksəriyyətinin mülki sakinlər olduğunu deyirlər.

Çərşənbə axşamı paytaxt Sanada baş vermiş eyni insidentdə isə 3 adam öldürülüb.

Artıq 9 aydır ki, Yəməndə prezident Ali Abdullah Salehin istefası tələbilə kütləvi nümayişlər keçirilir.

O 33 ildir ki, hakimiyyətdədir.
XS
SM
MD
LG