Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 06:03

Neft Fondundakı vəsaitlər 32 milyard dolları keçib


2011-ci ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun gəlirləri 11 milyard 831 milyon manat, xərcləri isə 4 milyard 366 milyon manat təşkil etmişdir. Oktyabrın 1-ə Neft Fondundakı vəsaitlərin həcmi 32.242 milyard dollar olub. Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumatda belə deyilir.

9 ay ərzində Fonddan dövlət büdcəsinə 4 milyard manatdan çox vəsait köçürülüb. Bundan başqa qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılmasına 89,2 milyon manat,

Samur-Abşeron və Oğuz-Qəbələ su kəmərlərinə 155 milyon manat, gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına 5,9 milyon manat, Bakı-Tbilisi-Qars dəmiryoluna 85,5 milyon manat, fondun idarəetməsinə isə 10.1 milyon manat vəsait xərclənib.
XS
SM
MD
LG