Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Noyabr, Cümə, Bakı vaxtı 12:57

Samuxda sirkə istehsal edən zavod tikilir


Zavod İqtisadi İnkişaf Nazirliyinin ayırdığı güzəştli kredit hesabına inşa olunur.

Bu barədə rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Qarayev məlumatı verib.

Zavod Samux rayonunun Sərkar kəndi ərazisində tikilir. Müəssisədə müxtəlif meyvələrdən sirkələr, cem və mürəbbə də istehsal ediləcək.

Zavod 2012-ci ilin ortalarında istifadəyə veriləcək. Burada 100-ə yaxın rayon sakini işlə təmin ediləcək.
XS
SM
MD
LG