Keçid linkləri

2025, 09 Fevral, bazar, Bakı vaxtı 13:22

Yazıçılar Birliyinin qurultayı gələn ilə qaldı


Yazıçılar Birliyi
Yazıçılar Birliyi
Azərbaycan Yazıçılar Birliyinin (AYB) bu il keçirilməsi nəzərdə tutulan qurultayı 2012-ci ilə qalıb.

Bu barədə «APA»ya AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu məlumat verib. O deyib ki, AYB-nin qurultayı 2012-ci ilin I yarısında - may ayına kimi keçiriləcək. O vaxta qədər qurultaya hazırlıq işləri tam başa çatdırılacaq, AYB-nin filiallarında görüşlər keçiriləcək və qurultaya nümayəndələr seçiləcək.

Qurultay sədri seçəcək, sədr isə katibləri təyin edəcək. Qurultayda ötən qurultaydan bəri ədəbi mühitdə baş verən dəyişikliklər də müzakirə olunacaq.

AYB-nin axırıncı qurultayı 2004-cü ildə may ayında olub. Nizamnaməyə əsasən, qurultay 5 ildən bir keçirilməlidir.
XS
SM
MD
LG