Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:16

İlham Əliyev Ağdaş və Ucarda olub


İlham Əliyev
İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev bazar günü Ağdaş və Ucar rayonlarında səfərdə olub.

Azərtacın məlumatına görə, prezident Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsinin açılışında iştirak edib, görülən işlərlə tanış olub.

Daha sonra prezident Ağdaş mərkəzi rayon xəstəxanasının açılışında iştirak edib.

Ucarda isə prezident Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib,ictimaiyyət nümayəndələrilə görüşüb.

Daha sonara İlham Əliyev Ucar rayonundakı şahmat məktəbinin açılışında iştirak edib, şəhərin su-kanalizasiya sistemləri kompleksinin təməlqoyma mərasimində iştirak edib.
XS
SM
MD
LG