Tunisdə parlament seçkisində qalib gəlmiş mötədil islam partiyasının lideri Rəşid Gənnuşu (Rashid Ghannoushi) əhalini sakitliyə çağırıb.
Cümə axşamı Sidi Buzid şəhərində 6 seçki dairəsində nəticələrin ləğv edilməsi tələbilə nümayiş keçirilib.
Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, şəhərdə komendant saatı tətbiq edilib.
Rəsmi məlumata görə, Gənnuşinin rəhbərlik etdiyi Ennahda partiyası seçkidə 40 faiz səs toplayıb.
Bu 217 yerlik parlamentdə 90 yer deməkdir.
Rəşid Qənnuşi yeni hakimiyyətin bütün ölkə vətəndaşlarının hüquqlarına hörmətlə
yanaşacağını deyib.