Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:18

Suriyanın Homs şəhərində 17 əsgər öldürülüb


Suriyanın Homs şəhərində fərrarilərin 2 hərbi məntəqəyə hücumu nəticəsində 17 əsgər ölüb.

Bu Britaniyada fəaliyyət göstərən suriyalı hüquq müdafiəçiləri xəbər verirlər.
Məlumatlara görə ötən gecə Homs şəhərində onlarla hərbçi üsyançıların tərəfinə keçib.

Şəhərdə döyüş getdiyi xəbər verilir.

Bundan əvvəl Homs və Hama şəhərlərində keçirilmiş hərbi reyd zamanı isə azı 40 nəfərin öldürüldüyü xəbər verilir.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 3 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG