Keçid linkləri

2026, 03 Mart, çərşənbə axşamı, Bakı vaxtı 16:14

Tunisdə islamçılar qalib gəlib

Tunisdə ölkənin seçki komissiyası islamçı Ennahda partiyasının qalib gəldiyini elan edib. Bu partiya parlamentdəki 217 yerdən 90-nı qazanıb.

İkinci yerdə 30 deputat mandatı qazanmış Respublika Konqres gəlir. Sosial-demokratların Ettakatol partiyası 21 yer qazanıb.

Tunisdə parlament seçkiləri bazar günü keçirilib.

Parlament ölkənin yeni Konstitusiyasını hazırlayacaq.
XS
SM
MD
LG