Keçid linkləri

Təcili xəbərlər
2023, 07 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:52

Suriyada daha 4 nümayişçi öldürülüb


Cümə axşamı Suriyanın Homs və Deraa şəhərlərində azı 4 nümayişçi öldürülüb.

Londonda fəaliyyət göstərən suriyalı fəallar ölənlərdən birinin 12 yaşlı uşaq olduğunu deyirlər.

Həmçinin onlarla adamın yaralandığı, 20 nəfərin həbs edildiyi xəbər verilir.

Marın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 187 uşaq da daxil olmaqla 3 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG