Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Qaddafini öldürən məhkəmə qarşısında dayanacaq


Muammar Qaddafi
Muammar Qaddafi
Yeni Liviya rəhbərliyi keçmiş dikdator Muammar Qaddafini öldürən şəxsin cinayət məsuliyyətinə cəlb olunacağını vəd edib.
Liviyadakı müvəqqəti milli şuranın sədr müavini Abdel Hafiz Ghoqa cümə axşamı
Benqazidə keçirdiyi mətbuat konfransında istintaq başlandığını və cavabdehlərin ədalət məhkəməsinə cəlb ediləcəyini deyib.
BMT-nin təhlükəsizlik şurası isə cümə axşamı NATO-nun Liviyadakı hərbi kampaniyasının oktyabrın 31-də başa çatdırılacağını bəyan edib.

Oktyabrın 20-də Milli Keçid Şurası Qəddafinin öldürülməyi ilə bağlı məlumat yaymışdı. Məlumata görə, Qaddafi Sirtdə yaralı vəziyyətdə əsir götürülüb. Xəstəxanaya aparılarkən yolda Qaddafinin əleyhdarları ilə tərəfdarları arasında atışma düşüb və o, başından ölümcül yaralanaraq keçinib.
XS
SM
MD
LG