Keçid linkləri

2017, 26 May, Cümə, Bakı vaxtı 17:15

Gənclər prezidentin onlara münasibətini müzakirə edir


Fərid Şahbazlı
-
«Bu forum prezidentlə gənclərin arasında həmrəyliyin olduğunu göstərdi».

AzadlıqRadiosunun «İşdən sonra» proqramında Azərbaycan Gənclərinin 6-cı Forumu haqda danışan «İslahatçı Gənclər» İctimai Birliyinin sədri Fərid Şahbazlı belə deyib. Onun fikrincə, Azərbaycan gəncləri hakimiyyətin siyasətini dəstəkləyir:

«Orada görüntü o idi ki, forumda təmsil olunan Azərbaycan gəncliyi bütövlükdə ölkədə aparılan siyasəti dəstəkləyir. Təbii ki, orada müxtəlif insanların bu siyasətin ayrı-ayrı elementlərinə etirazları ola bilər, bununla razılaşmaya bilərlər. Amma bir daha sübut olundu ki, əsas strateji xətti Azərbaycan gəncliyi dəstəkləyir. Gəncliyin inkişafını yalnız bu istiqamətdə, bu siyasi platformada görür…».

«Dalğa» Gənclər Hərəkatının sədri Orxan Nəbiyev isə bildirib ki, əslində bu forumda iştirak edənlər elə əvvəl də
Orxan Nəbiyev
Orxan Nəbiyev
prezidentin siyasətini dəstəklədikləri üçün onları tədbirə dəvət ediblər:

«İlham Əliyev hakimiyyətə gələndə demişdi ki, mən gənclərə bütün işlərdə güvənirəm, gənclər də mənə güvənə bilərlər. Ancaq mənə elə gəlir ki, Azərbaycan gəncləri tam şəkildə İlham Əliyevə güvənmirlər... Hazırda onun fəaliyyəti daha çox xarici siyasətə yönəlib. Yürütdüyü xarici siyasəti bəzi hallarda təqdirəlayiq olsa da, daxili siyasəti, xüsusən də gənclərlə bağlı siyasəti uğurlu deyil... Prezident hazırda gənclərin yanında deyil…».

Gənclərin debatını tam olaraq buradan dinləyin:

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG