Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Dekabr, çərşənbə, Bakı vaxtı 16:42

Lənkəranı və Astaranı yenə sel basdı


Lənkəran
İki gündür ki, Azərbaycanın cənub bölgəsində aramsız yağışlar yağır.

Yağış Lənkəran şəhərinin bir çox məhəllələrində problemlər yaradıb, evləri su basıb.

Lənkərançay daşır. Çaya yaxın olan evlərin həyətlərini su basıb.

Astara rayonun Ərçivan, Rudəkənar kəndlərində də suyun qalxması müşahidə olunur.

Lənkəran rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Möhbət Babayev AzadlıqRadiosuna deyib ki, qısa müddətdə əraziyə yağış normadan artıq düşüb. Şəhərin bir çox ərazilərində su qalıb. Ərazidən suyun çəkilməsi davam edir.
XS
SM
MD
LG