Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 01:55

Avropa Şurası ölkələri razılığa gəliblər



Avropa Şurasına üzv ölkələr Brüssel sammitində uzun çəkən müzakirələrdən sonra Yunanstana maliyyə yardımı etmək və vahid avropa valyutası avronun sabitliyini möhkəmləndirməklə bağlı razılığa gəliblər.

Fransa prezidenti Nicholas Sarkozynin mətbuat konfransında dediyinə görə, danışıqlarda nəticə əldə etməyə səbəb fərdi investorların Yunanstanın borcunun 50 faizini silməyə razılıq verməsi olub. Bundan başqa Avropa Şurası və Beynəlxalq Valyuta Fondu Afinaya əlavə 100 milyard avro kredit də verəcək.

Avropa Şurası ölkələri həm də Avropa fondunun maliyyə stabilliyini 400 milyard avrodan 1 trillion avroya qaldırıblar. Bu fondun vəsaitinin uzun müddətdir ki böhran içində olan İspaniya və İtaliyaya yardım göstərilməsi məqsədilə istifadə olunma ehtimalı var.
XS
SM
MD
LG