Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:54

Azərbaycan Türkiyəyə növbəti yardım göndərib


Azərbaycan zəlzələdən zərər çəkmiş Türkiyənin Van vilayətinə növbəti yardım göndərib.

Fövqəladə Hallar Nazirliyinin 40 avtomobildən ibarət yardım karvanı bu gün Bakıdan Türkiyəyə yola düşüb. Avtomobil karvanı İran ərazisindən keçməklə Türkiyəyə hərəkət edəcək.

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında bildirib ki, bu yardım karvanı ilə Van bölgəsinə 1000 ədəd çadır, 2 min ədəd ədyal, 40 ədəd transformator və 40 dəst mətbəx ləvazimatı yola salınıb.

Ümumilikdə isə FHN tərəfindən Türkiyəyə 250 çadır, 700 ədəd səhra yataq dəsti, 3 min ədəd ədyal, 2 min ədəd yataq dəsti və 2 səhra mətbəxi göndərilib. Eyni zamanda Azərbaycandan 213 xilasedici hazırda Van bölgəsində çalışmaqdadır.

Etibar Mirzəyevin sözlərinə görə, oktyabrın 23-dən bu günə qədər Türkiyəyə göndərilmiş yardımların ümumi məbləği 1 mln. 700 min ABŞ dollardır. Zərurət yaranarsa, əlavə yardımlar da göndəriləcək. /apa/
XS
SM
MD
LG