Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 21:13

Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi Azərbaycana gəlib

Foto arxiv
Foto arxiv
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort Azərbaycana gəlib.

Birliyin Bakıdakı ofisindən Turan-a verilən məlumata görə, ikigünlük səfər zamanı Lefort

Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. Bu görüşlərdə Qarabağ münaqişəsi, “Şərq tərəfdaşlığı” proqramı ilə bağlı tədbirlər və s.
məsələlər müzakirə olunacaq.

Lefortun həmçinin Xarici İşlər Nazirliyi və Prezident Administrasiyasında görüşlər keçirəcəyi gözlənilir.

Lefort bu vəzifədə Piter Semnebini əvəz edib və bu, onun xüsusi nümayəndə kimi Azərbaycana ikinci səfəridir.
This item is part of
XS
SM
MD
LG