Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:05

Həkim rüşvət ittihamı ilə tutulub


Arxiv foto
Arxiv foto
Oktyabrın 25-də Respublika Prokurorluğundan yayılan rəsmi məlumata görə Bakı şəhər sakini Aydın Hüseynov Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə zəng edərək həkimin ondan rüşvət tələb etdiyini deyib.

Vətəndaş bildirib ki, Azərbaycan Tibb Universitetinin "Uşaq cərrahlığı" kafedrasının assisenti Mahmud İsmayılov ondan qızının cərrahiyyə əməliyyatı üçün 1000 manat istəyib: “Araşdırma zamanı müəyyən edilib ki, Mahmud İsmayılov Bakı sakini Aidə Hüseynovanın üzərində bu il oktyabrın 7-də cərrahiyə əməliyyatı aparıb. Həkim əvəzində də onun atasından 1000 manat tələb edib.

Prokurorluq işçiləri əməliyyat keçirərək oktyabrın 24-də Mahmud İsmayılovu öz maşınında Aydın Hüseynovdan 550 manat pulu rüşvət kimi alarkən tutulub”.

İndi həkim haqqında Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi aparılır.

Bu ittiham sübuta yetirilsə, həkim üç ilədək müddətə həkimlikdən kənarlaşdırıla, əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum edilə bilər.
Hələlik həkimin vəkilləri və ya yaxınlarının Respublika Prokurorluğunun bu ittihamları barədə hər hansı reaksiyası məlum deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG