Oktyabrın 22-dən 23-ə keçən gecə Bakıdan ilk zəvvar qrupu avtobusla müqəddəs torpaqlara yola düşüb. İlk qrup zəvvar karvanında 18 avtobus var.
26 avtobusdan ibarət digər qrup isə dünən gecə yola çıxıb. Artıq azərbaycanlı zəvvarlar Nəcəf şəhərində İmam Əlinin (ə) məzarını ziyarət ediblər. Sabah onlar da İordaniya istiqamətində yola çıxacaqlar.
Təyyarələr isə 28-31 oktyabr tarixlərində zəvvarları Həcc ziyarətinə aparacaq. Ümumilikdə oktyabrın 28-də, 30-da və 31-də 3, oktyabrın 29-da isə 2 təyyarə havaya qalxacaq.
Azərbaycandan Həcc ziyarətinə keçən il olduğu kimi 2 000 zəvvar gedir. Ziyarət səfərləri avtobuslarla 2650 manata (keçən il 2500 manat olub), təyyarə ilə 3750 manata (keçən il 3500 manat olub) başa gəlir. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir.
Builki yeniliklərdən biri də QMİ-nin Həcc ziyarətinə avtobusla gedəcək azərbaycanlı zəvvarların marşrutunda dəyişiklik etməsidir. Belə ki, zəvvarlar bu il Suriyada baş verən hadisələrlə əlaqədar Həccə Azərbaycan-İran-İraq-İordaniya-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edirlər.