Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:26

Qaddafi bu gün naməlum yerdə dəfn olunacaq


Liviyanın devrilmiş lideri Muammar Qaddafinin bu gün dəfni gözlənir. Onun cəsədi Misrata şəhərindən gətirilir. Qaddafi doğma şəhəri Sirtədə ələ keçəndən və öldürüləndən sonra cəsədi Misrada soyuducuya saxlanırdı.

Liviyanın Milli Keçid Şurası bildirib ki, Qaddafi səhrəda naməlum bir yerdə dəfn ediləcək. Qaddafinin oğullarından biri Muatassim və onun keçmiş yardımçısı da naməlum qəbirlərdə basdırılacaq.

Qaddafinin necə öldürülməsi ilə bağlı suallar hələ də açıq qalır.
Şuranın rəhbəri Mustafa Abdel oktyabrın 24-də bildirib ki, ölüm şəraiti araşdıracaq komitə yaradılıb.

Human Rights Watch bəyan edib ki, bu ölümün şəraitinin araşdırılması iki səbəbdən vacibdir: Təşkilatın nümayəndəsi Abrahams:

- Bildirirəm ki, Qaddafinin ölümü iki səbəbə görə kritikdir. Birincisi, əgər siz bunu etməsəniz, bu, mesajdır ki, Liviyalılar mühakiməni, ədalət məhkəməsini öz əllərinə ala bilərlər, təkcə Qaddafi yox, həm də 42 il bu hakimiyyətdə əllərini qana batırmış hər kəs öz cəzasına çata bilər. Eyni zamanda mesaj göndərmək istəmirsiniz ki, yerli qonşu casuslarla da belə davranıla bilər. İkinci səbəb yerli müdafiə qüvvələri ilə bağlıdır. Sizin yüzlərlə silahlı qruplarınız və yerli müdafiə qüvvələriniz var. Əgər siz bu hadisəni araşdırmağa başlamasanız, bu o demək olacaq ki, onların hərəkətləri cəzasız qalacaq.

Human Rights Watch o cümlədən, Milli Keçid Şurasını çağırıb ki, 53 Qaddafi tərəfdarının Sirtədə hoteldə öldürülməsi faktını da araşdırsın.
XS
SM
MD
LG