Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:47

Yeni Liviya lideri Qaddafinin hansı şəraitdə öldürüldüyünü araşdıracaq


Liviyanın müvəqqəti lideri Mustafa Abdul-Jalil bildirib ki, Muammar Qaddafinin ölümü araşdırılacaq.
Buna səbəb onun ölümü haqda ziddiyyətli məlumatlardır.

Abdul-Jalil ehtimal edib ki, Qaddafini öz tərəfdarları öldürüblər. Onlar bununla öz keçmişlərinin ifşa olunmamasına çalışıblar.

Bundan əvvəl yeni Liviya hakimiyyəti bildirirdi ki, Qaddafi atışmada öldürülüb.

ABŞ , Britaniya və insan haqları qrupları Qaddafinin ölümünün araşdırılmasına çağırırlar. Çünki məlumatlar var ki, yaralı Qaddafini üsyançılar əsir götürəndən sonra öldürüblər.
XS
SM
MD
LG