İctimai Palatanın 2 aprel aksiyasında iştirak etmiş fəalları Kürdəmirdəki müvəqqəti təcridxanadan köçürməyə başlayıblar. Bu barədə vəkil Yalçın İmanov məlumat verib.
“2 aprel”çi məhbusların ailə üzvlərinin AzadlıqRadiosuna verdiyi məlumata görə, AXCP üzvləri Arif Alışlı 17 saylı, Babək Həsənov 16 saylı, Zülfüqar Eyvazlı 10 saylı, cəzaçəkmə müəssisələrinə, Müsavat partiyası üzvü Elşən Həsənov 17 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib.
Ailə üzvləri bildiriblər ki, məhbuslar karantində olduğuna görə, görüşlərə icazə verilmir. Amma növbəti həftədən onların görüş imkanı olacaq.
Digər “2 aprel”çilər də bu həftə ərzində koloniyalara göndəriləcək.