İctimai Palatanın 2 Aprel aksiyasında saxlanan 4 nəfərin - Arif Hacılı, Fuad Qəhrəmanlı, Tural Abbaslı və Məhəmməd Məcidlinin barələrində çıxarılan hökmdən apellyasiya şikayəti təqdim olunub.
Bu barədə AzadlıqRadiosuna vəkil Əshabəli Mustafayev məlumat verib.
Vəkil məhkəmə prosesinin vaxtının 10 günə təyin olunacağını bildirib.
Oktyabrın 3-də Səbail rayon Məhkəməsi Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-də şöbə müdiri Məhəmməd Məcidlini 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə 2 il şərti cəza alıb.