Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:00

Azərbaycan Türkiyəyə 145 xilasedici göndərib


Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) 145 nəfər xilasedicisi xilasetmə avadanlıqları və xüsusi təlim keçmiş itləri ilə birlikdə oktyabr 23-ü saat 22:45-də Türkiyənin Van şəhərinə yola düşüb.

Təqribən 3 saat sonra FHN 2-ci təyyarəni fəlakət zonasına yola salıb. Təyyarə ilə 250 çadır, 3000 ədəd ədyal, 700 ədəd səhra yataq dəsti, 2000 ədəd yataq dəsti, 2 ədəd səhra mətbəxi və əlavə 20 nəfər xidmətedici personal göndərilib.

Yardımlar davam etdirilir.

Oktyabrın 23-də Bakı vaxtilə saat 15:41-də episentri Van şəhərindən 42 km şimalda olmaqla 7.2 bal gücündə zəlzələ baş verib. Xeyli sayda ölən və yaralanan var.
XS
SM
MD
LG