Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:40

Eurovision-2012” yə görə Bakıda binalar sökülür


Foto arxiv
Foto arxiv
Səbail rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə,bu ərazidə,
A.Quliyev küçəsində yerləşən 2 9 mərtəbəli bina, həmçinin 49 saylı orta məktəbin yaxınlığındakı 9 mərtəbəli bina və ətrafdakı digər binaların sökülməsinə başlanılıb.

Səbail RİH-in şöbə müdiri İsrafil Kərimov bildirib ki, həmin binaların sakinlərinə 2 təklif edilib.

1-ci təklifdə sakinlərə hər kvadrat metrə görə 1500 manat təklif olunur.

Digər təklifə görə isə onlar Badamdar qəsəbəsi, Nəqliyyat Nazirliyi və ya “Qələbə” meydanının yaxınlığında yerləşən yeni tikililərdə mənzil ala bilərlər.

Artıq sakinlərin əksəriyyəti evlərini tərk edib.

Şöbə müdiri həmçinin qeyd edib ki, Dövlət Bayrağı Meydanıından şəhərin mərkəzinə doğru yeni yol çəkilir.

Artıq ərazidəki Dövlət Sərhəd Xidmətinə məxsus hərbi hissə Türkan qəsəbəsi yaxınlığına köçürülüb.

Hazırda isə Hərbi Dəniz qüvvələrinə məxsus gəmilərin çıxarılması prosesi gedir.
XS
SM
MD
LG