Əfqanıstan prezidenti Hamid Karzai Pakistandakı ekstremist qüvvələrlə sülh danışıqlarına çağırıb.
O Pakistan televiziyasına müsahibəsində həmçinin qeyd edib ki, əgər nə vaxtsa ABŞ-la Pakistan arasında müharibə düşsə, Əfqanıstan Pakistanın tərəfini saxlayacaq.
Hamid Karzainin bəyanatı ABŞ dövlət katibinin bu günlərdə bu ölkələrə səfərindən az sonraya təsadüf edir.
Amma şərhçilər hesab edir ki, son vaxtlar ABŞ-la Pakistan arasındakı münasibətlər gərginləşsə də iki ölkə arasında müharibə ağılabatan deyil.
Vaxtaşırı Pakistandan ərazisindən Əfqanıstana hücumlar edən Haqqani qrupuyla sülh danışıqlarına gəldikdə isə Karzai deyib ki, bu danışıqlar Pakistanda aparılmalıdır.
Karzai həmçinin bildirib ki, xaricilərin nəzarətində olan həbsxanalar bağlanmalı, habelə əfqanların xarici qüvvələr tərəfindən həbsi və özəl təhlükəsizlik şirkətlərinin fəaliyyətinə son qoyulmalıdır.