Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 10:07

Tunisdə milli assambleyaya seçki keçirilir


Bu ölkədə ilk azad və çoxpartiyalı seçkidir.

217 yerlik assambleya ölkənin yeni konstitusiyasını hazırlamalı və bunun əsasında prezident və parlament seçkiləri təşkil edilməlidir.

Assambleya həmçinin müvəqqəti keçid hökuməti yaratmalıdır.

Seçki 23 il idi ki, hakimiyyətdə olan keçmiş prezident Zine al Abidin Ben Alinin devrilməsindən 9 ay sonra keçirilir.

O hazırda Səudiyyə Ərəbistanındadır.
XS
SM
MD
LG