Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:36

Benqazidə Liviyanın azadlığı elan ediləcək


Yeni Liviya rəhbərliyinin bu gün Benqazidə ölkənin rəsmi şəkildə azad edildiyini bəyan edəcəyi gözlənilir.

Müvəqqəti milli şura bundan bir ay sonra yeni müvəqqəti hökumət yaradılacağını, 8 ay ərzində isə konstitusion assambleyaya seçkilər keçiriləcəyini bildirib.

Baş nazirin səlahiyyətlərini icra edən Mahmud Jibril müstəqilliyin elan edilməsindən sonra istefa verəcəyini deyir.

Öldürülmüş dikdator Muammar Qadafinin harda və nə vaxt dəfn ediləcəyi isə hələlik bəlli deyil.

Şənbə günü onun cəsədi Misrata şəhərindəki bazarlardan birində soyuducunun buzxanasına qoyulub.
XS
SM
MD
LG