Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:53

Minsk qrupunun həmsədrləri Azərbaycandadır


Foto arxiv
Foto arxiv
ATƏT-in Minsk Qrupunun həmsədrləri qoşunların təmas xəttindən keçərək Bərdə rayonuna gəliblər.

APA-nın məlumatına görə, orda jurnalistlərə açıqlama verən fransalı həmsədr Bernar
Fasie bazar ertəsi Bakıda Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar
Məmmədyarov və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür
Paşazadə ilə görüşəcəklərini deyib.

O həmçinin Yerevanda Ermənistan rəhbərliyi və ermənilərin katolikosu II Qareginlə görüşdüklərini bildirib.

Həmsədrləri Robert Bratke (ABŞ), İqor Popov (Rusiya), Bernar Fasie ( Fransa) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Bərdədən vertolyotla Bakıya
yollanıblar.
XS
SM
MD
LG