Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Aprel, bazar, Bakı vaxtı 00:34

Bakıda aksiya olub


Oktyabrın 22-də Bakıda insan alverinə qarşı aksiya keçirilib.

Aksiyanı «Təmiz Dünya» İctimai Birliyi keçirib. «Fəvvarələr Meydanı»nda baş tutan aksiya yarım saat davam edib.

Qırmızı köynəklərdə olan gənc qız və oğlanlar əllərində «İnsan alveri cinayətdir!», «Sən də qurbana çevrilmə!» və s. şüarlar yazılmış plakatlarla meydanda hərəkət ediblər.

Birliyin sədri Mehriban Zeynalova deyir ki, kampaniya əhalini, xüsusən də gəncləri məlumatlandırmaq məqsədi daşıyıb.

Aksiya şəhər rəhbərliyi və hüquq-mühafizə orqanları ilə razılaşdırılıb.
XS
SM
MD
LG