Keçid linkləri

2017, 25 Fevral, şənbə, Bakı vaxtı 11:19
Şərqi Avropadan BMT Təhlükəsizlik Şurasına daimi olmayan üzvün müəyyən edilməsi üçün 9 saat keçirilən seçkilər nəticəsiz qalıb.

Baş Assambleya TŞ-na növbəti üzvün seçilməsi üçün oktyabrın 24-ü yenidən toplaşacaq.

İki namizəd var - AzərbaycanSloveniya. Səsvermə 10-cu turadək davam edib. Sonuncu turda Azərbaycan 113 səs toplayaraq Sloveniya qarşısında (77 səs) böyük üstünlüyə malik olub. Şərqi Avropadan üçüncü namizəd olan Macarıstan birinci turda bu ölkələr arasında ən az səs toplayaraq mübarizəni dayandırıb.

İlk 3 mərhələdə isə Toqo, Qvatemala, Mərakeş və Pakistan BMT Təhlükəsizlik Şurasına daimi olmayan üzv seçilib.

BMT-nin ən nüfuzlu qurumu olan Təhlükəsizlik Şurasına üzvlük üçün namizəd ölkə Baş Assambleyanın 193 üzvünün üçdə ikisinin səsini toplamalıdır.

Azərbaycan əvvəllər heç vaxt Təhlükəsizlik Şurasının üzvü olmayıb. Sloveniya 1998-1999-cu illərdə BMT TŞ-nın qeyri-daimi üzvü olub. /apa/

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG