Keçid linkləri

2025, 19 İyun, Cümə axşamı, Bakı vaxtı 04:39

ABŞ üçün İraq müharibəsi tam bitdi


ABŞ prezidenti Barack Obama
ABŞ prezidenti Barack Obama
ABŞ qoşunları ilin sonuna qədər İraqdan tamamən çıxarılacaq.

ABŞ Prezidenti Barack Obama oktyabrın 21-də bu qərarı açıqlayıb. Deyib ki, söz verdiyimiz addımın atılması İraq müharibəsinin bitdiyi mənasına gəlir. Bundan sonra ABŞ İraq münasibətləri iki suveren dövlət arasındakı normal əlaqələr olacaq.

Hazırda İraqda 39 min Amerika əsgəri var. ABŞ İraqda kiçik kontingentin saxlanmasında maraqlı olsa da, bu qoşunların statusu ilə bağlı İraqla danışıqlar nəticəsiz qalıb.

ABŞ anti-terror koalisiyasında birləşən digər müttəfiqləri ilə birlikdə 2003-cü ildə İraqa hərbi müdaxilə edib, diktator Səddam Hüseynin hakimiyyətinə son qoymuşdu.
XS
SM
MD
LG