Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:58

Medvedev: “İ.Əliyev və S.Sarkisyanın ətrafı asanlıqla dil tapır”


Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Sankt-Peterburqda görüşürlər, 5 iyun 2009
Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Sankt-Peterburqda görüşürlər, 5 iyun 2009

Oktyabrın 21-də Moskva Dövlət Universitetinin tələbələri ilə görüşündə Rusiya prezidenti Dmitri Medvedevə azərbaycanlı və erməni tələbələr də sual veriblər. Milliyətcə erməni olan tələbə Tiqran Manasyan Qarabağ münaqişəsinin həlli üçün gələcəkdə hansı addımların atılacağı haqqında sual verib.

Cavabında Rusiya prezidenti deyib: “Mən Azərbaycan prezidenti ilə də, Ermənistan prezidenti ilə də çox əlaqə saxlayıram. Təəccüblüdür ki, hər iki prezidentin - prezident Əliyevin də, prezident Sarkisyanın da ətrafındakı insanlar bir-biri ilə yaxşı yola gedir və asanlıqla Azərbaycan dilindən erməni dilinə, erməni dilindən Azərbaycan dilinə keçirlər. Bu, mənim gözlərim önümdə baş verir.

Amma ümid edirəm ki, Serj Azatoviç və İlham Heydəroviç onların da bir-biri ilə yaxşı yola getdiklərini desəm, məndən inciməzlər. Biz birlikdə masa arxasında əyləşəndə onlar yaxşı ünsiyyət qururlar.

Amma real çətinliklər var: tarix var, müxtəlif hüquqi konstruksiyaların müxtəlif şəkildə anlaşılması var və nəhayət, müxtəlif maraqlar var.

Rusiya, şübhəsiz, Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcək. Siz, yəqin ki, bilirsiniz, mən prezidentlərin görüşərək bu mövzunu müzakirə etmələri üçün kifayət qədər çox şey etmişəm. Bu iş mütləq davam etdiriləcək.

Amma sadə bir şeyi deyə bilərəm: son nəticədə bu münaqişənin həlli çox çətindir, amma mən tam əminəm ki, problemin həlli iki xalqın və iki prezidentin xoş iradəsindən asılıdır. Onlar bir-birini dinləsələr, bir-birinə qulaq assalar və bir-birinə qarşı kiçik addım atsalar, kompromis tapsalar, hər şey alınacaq. Mən bundan qəti əminəm. Bu, postsovet məkanında və hətta bütünlükdə Avropada həlli mümkün olan az sayda uzunmüddətli münaqişələrdən biridir.”

Prezidentlə görüşdə azərbaycanlı tələbə isə gömrük sistemində əməkhaqlarının qaldırılmasını və bir də onun atası və anasının Moskvada daimi yaşayış qeydiyyatına alınmamağından şikayət edib. Medvedev bildirib ki, əgər məsələ onun izah etdiyi kimdirsə, onun valideynlərinin qeydiyyat probleminin həllinə göstəriş verəcək.

Prezident Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri Rusiyanın müxtəlif şəhərlərində son illər bir neçə dəfə görüşüblər. Sonuncu görüşlərdə Qarabağ münaqişəsinin həlli üçün ciddi addımların atılacağı gözlənsə də bu ümidlər özünü doğrultmayıb.
XS
SM
MD
LG