BMT İnsan Haqları Komissarlığı Liviyanın devrilmiş lideri Muammar Qaddafinin ölümünü araşdırmağa ehtiyac olduğunu bildirib.
Komissarlığın sözçüsü Rupert Colville deyib ki, video görüntülərdə Qaddafinin tutularkən sağ olduğu, amma sonra döyüşçülər arasındakı qarışıqlıqda öldüyü görünür. BU görüntülər narahatlıq doğurur.
Liviya Milli Keçid Şurası bəyan edib ki, Qaddafi tərəfdarlarıyla hökumət qoşunları arasında çıxan atışmada ölüb. Şura 42 il Liviyaya rəhbərlik edən şəxsin öldürülməsi üçün əmr verilmədiyini deyib.
Qaddafinin oğlu Mutassim və onun müdafiəsinə rəhbərlik edən Abu Bakr Yunis Jabarın da Sirtdə öldürüldüyü bildirilir.
Bir çox beynəlxalq liderlər Qaddafinin ölümünü alqışlayıb və bundan sonra Liviya xalqının diktaturadan köklü şəkildə fərqlənəcək - əsl demokratiya qurmalı olduqlarını deyiblər.
Liviyanı uzun müddət idarə etmiş Muammar Qaddafinin ölüm xəbərini alan liviyalılar paytaxt Tripolidə və ölkənin digər şəhərlərində şənliklər keçirilər.