Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:55

Qaddafinin ölümü xəbəri Suriyadakı etirazları qızışdırıb


Qaddafinin öldürülməsindən sonra Suriyada da prezident Bashar al Asada qarşı etirazlar qızışıb. Oktyabrın 21-də keçirilən Cümə namazından sonra küçələrə çıxan etirazçılar Asadi də eyni taleyin gözlədiyini bildirən şüarlar səsləndiriblər.

Homs şəhərində təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb və bir neçə nəfər həlak olub.

BMT_nin hesablamalarına görə, Mart ayından bu yana başlanan etirazlarda öldürülənlərin sayı artıq 3 mini keçib. BMT xəbərdarlıq edib ki, etirazçıların tərəfinə keçən hərbçilərin sayının artmasıyla ölkədə vətəndaş müharibəsi təhlükəsi də artır.
XS
SM
MD
LG