Qaradağ rayonu ərazisində bu məqsədlə inşa edilən yeni inzibati bina oktyabrın 21-də istifadəyə verilib.
Baş Dövlət Yol Polisi İdarəsinə aid tikilmiş binada operativ və şəffaf xidmət göstərmək üçün əməliyyat və rüsumlar haqda elektron informasiya köşkü, elektron idarəetmə sistemi yaradılıb. Burada xaricdən gətirilən nəqliyyat vasitələrinin eyni vaxtda gömrük rəsmiləşdirilməsi və dövlət qeydiyyatına alınması mümkün olacaq. Başqa yerdə qeydiyyatda olan şəxslərə məxsus nəqliyyat vasitələrinə dövlət qeydiyyat şəhadətnaməsi və qeydiyyat nişanı sadələşdirilmiş formada veriləcək.
Prezident İlham Əliyev 25 fevral 2011-ci il tarixli fərmanı ilə DİN və Gömrük Komitəsinə ölkəyə idxal edilən nəqliyyat vasitələrinin rəsmiləşdirilməsini «bir pəncərə» prinsipi ilə sadələşdirmək barədə tapşırıq vermişdi.