Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 06:03

IREX-in yeni media layihəsi

IREX/Azərbaycan Yeni Media fəaliyyətləri üçün Qrant Layihəsini elan edib.

Ərizə formaları 4 noyabr, 2011-ci il saat 17:00-a qədər qəbul olunacaq.

Təşkilat bildirib ki, IREX-in kiçik qrantlar üçün məhdud kapitalı vardır. Bu qrantlar rəqabətə əsaslanaraq yerli (Regional) televiziya proqramlarına dəstək vermək üçün təqdim olunacaq. Regional televiziya kanalları vətəndaşlara həftəlik və ya ayda iki dəfə olan yayımlar - sənədli film, tok-şou, jurnalist araşdırmaları təqdim etməlidirlər. Canlı tamaşaçı auditoriyası olan proqramlara üstünlük veriləcək.

IREX 12 aydan çox davam etməyən layihələrin hər birinə 30.000 $-dan artıq olmamaq şərtilə bir neçə qrant ayıracaq.
This item is part of
XS
SM
MD
LG