2026, 17 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:21

Noyabrın 18-də Moldovada prezident seçkisi keçiriləcək

Moldovada prezident seçkisi noyabrın 18-nə təyin edilib.

Müvafiq qərar bu gün ölkə parlamentində qəbul edilib.

Yerli qanunvericiliyə görə, əgər prezident iki cəhddə seçilməsə, parlament buraxılmalı və vaxtındanəvvəl seçkilər keçirilməlidir.

2009-cu ilin aprelindən bu yana Moldovada siyasi böhran yaranıb, parlament yeni prezidenti seçə bilmir.

Həmin vaxt kommunistlərin qələbəsindən narazı qalan liberal-demokratlar prezidentin seçilməsini əngəlləyir, vaxtındanəvvəl seçkilərə nail olmaq istəyirlər.
XS
SM
MD
LG