Keçid linkləri

2026, 18 İyun, cümə axşamı, Bakı vaxtı 18:13

Türkiyə İraqın şimalına 22 tağım yeridib

Türkiyə ordusu İraqın şimalında kürd yaraqlılarına qarşı hərbi əməliyyatları davam etdirir.

Türkiyə komandanlığının məlumatına görə, əməliyyatda hərbi hava qüvvələrinin müşaiyətilə 22 tağım iştirak edir.

Kürd yaraqlılarının İraqın şimalından Türkiyənin cənub-şərqindəki hərbi məntəqələrə hücumu nəticəsində 24 türk əsgəri həlak olub.

Türkiyə kütləvi informasiya vasitələrinin məlumatına görə, hücumda 250-dək yaraqlı iştirak edib.

İraq, ABŞ, Avropa Birliyi və NATO hücumu kəskin ittiham ediblər.
This item is part of
XS
SM
MD
LG