Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Fələstin İsraillə sülh dialoquna başlamaq niyyətində deyil


İsraillə sülh danışıqlarını bərpa etmək üçün hələ ki şərait yoxdur. Fələstin hökumətinin baş naziri Salam Fayyad dünən Vaşinqtonda belə deyib.

Bu həftənin əvvəli İsrail baş naziri Benjamin Netanyahu Avropa Şurası, Rusiya, BMT və ABŞ-dan olan beynəlxalq vasitəçilərin də iştirakı ilə olan növbəti görüşdə fələstinlilərin birbaşa danışıqlara başlamaqdan imtina etməsini pisləmişdi.

Oktyabrın 26-da “Yaxın Şərq kvarteti”nin Qüdsdə İsrail və Fələstin tərəfi ilə ayrı-ayrılıqda danışıqlar aparacağı gözlənilir.

Çərşənbə axşamı yüz fələstin əsirinin 5 ildir ki HƏMASın əsirliyində olan bir İsrail hərbçisinə dəyişdirilməsi bir çoxlarında ümid yaratmışdı ki, yaxınlarda İsrail Fələstin sülh danışıqlarına start veriləcək.
XS
SM
MD
LG