Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:48

Yunanıstanda etiraz aksiyaları davam edir


Yunanıstanda bu gün artıq ikinci gündür ki, tətil davam edir. Vətəndaşlar hökumətin sərt iqtisadi tədbirlər həyata keçirməsinə etiraz edirlər.

Dünən axşam parlament dövlət sektoru hesabına sosial proqramların ixtisarı və vergilərin artırılmasını nəzərdə tutan qanun layihəsini təqdir ediblər. Əsas səsvermə isə bu gün keçiriləcək. Bu qanun layihəsinin qəbulu Yunanıstanın defoltdan qurtulmaq üçün növbəti beynəlxalq maliyyə yardımı tranşını almasında əsas şərtlərdən biridir.

Dünən – etirazlar zamanı yaranan qarşıdurmada həm etirazçılar, həm də polislər daxil 45 nəfər xəsarət alıb, 5 nəfər saxlanıb.

Yunanıstanın bir neçə şəhərində etiraz aksiyalarında 125 min insan iştirak edib.
XS
SM
MD
LG